AZ

Hiroşimada atom bombardmanından sonra bir ev qalıb, amma ermənilər torpaqlarımızın bir hissəsini yandırılmış çöllərə çevirdilər — Murad Hüseynov “Tofiq Abbasovla Dialoq” verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq"analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki,verilişin qonağı Azərbaycan mədəniyyət nazirinin müavini, tanınmışpianoçu və Xalq artisti Murad Hüseynov olub.

Söhbət zamanı Murad Hüseynov Azərbaycanın bənzərsiz və çoxəsrlikmədəni irsindən danışıb.

"Azərbaycan — zəngin tarixi və əsrlərə dayanan mədəniyyəti iləseçilən bir ölkədir. Torpağımız Üzeyir Hacıbəyov, VaqifMustafazadə, Qara Qarayev və Fikrət Əmirov kimi görkəmlişəxsiyyətləri dünyaya bəxş edib.

Lev Landau və Lütfi Zadə də daxil olmaqla azərbaycanlı alimlərvə mütəfəkkirlər dünya elminə əhəmiyyətli töhfələr veriblər.Ədəbiyyatda isə biz Nizami, Nəsimi, Füzuli kimi dünya poeziyasınınulduzları ilə fəxr edirik", – deyə M.Hüseynov bildirib.

Ölkənin beynəlxalq ruhunu vurğulayaraq M.Hüseynov Azərbaycanınhər zaman qonaqpərvərliyi və açıqlığı ilə seçildiyini qeydedib.

“Azərbaycan xalqı həmişə qonaqlarını isti qarşılayır, öz qəlbaçıqlığını və səmimiyyətini göstərir”, - Murad Hüseynov.

O, Bakıda keçirilən geniş miqyaslı COP29 konfransı ilə bağlıtəəssüratlarını da bölüşüb.

"Bu dünya səviyyəli tədbir 80 ölkədən 70 mindən çox qonağı biraraya gətirdi. Dünyanın bütün baxışları Bakıya yönəldi. Bu qədərparlaq və möhtəşəm keçirilən bir tədbirin təsiri hələ uzun müddəthiss olunacaq", – deyə mədəniyyət nazirinin müavini vurğulayıb.

Murad Hüseynov Azərbaycanın uğurlarının bəzi siyasi dairələrdənarazılıq yaratdığına diqqət çəkib.

"Bəzi siyasi xadimlər foruma qatılmadılar və dialoq aparmaqfürsətindən məhrum oldular. Amma həqiqət və açıq müzakirəqarşısında duyulan qorxu özü-özlüyündə çox şey deyir. Həqiqətdialoqda doğulur, ondan yayınmaq isə zəiflik və öz səhvlərini qəbuletmək istəməməyin təzahürüdür", - Murad Hüseynov deyib.

Söhbət zamanı xüsusi diqqət erməni işğalından azad edilmişərazilərin bərpasına yönəlib.

"Hiroşimada olduğum zaman atom bombardmanından sonra qalmış birev gördüm, hərçənd divarları yanmışdı. Amma azad edilmiş Azərbaycantorpaqlarında, məsələn, Ağdamda, bu belə qalmayıb. Ermənilər buəraziləri yandırılmış torpağa çeviriblər. Lakin ölkə rəhbərliyininvə xalqımızın səyləri sayəsində bu torpaqlar Feniks quşu kimiyenidən dirçəlir və bunu inanılmaz sürətlə və miqyasla edir", -M.Hüseynov qeyd edib.

Murad Hüseynov vurğulayıb ki, Azərbaycan bütün çətinliklərəbaxmayaraq, dünya mədəniyyətinə unikal töhfələr verməyə davam edirvə 30 illik işğalın nəticələrini uğurla aradan qaldırır.

Verilişin tam buraxılışını aşağıda izləyə bilərsiniz:

Hiroşimada
Hiroşimada
Hiroşimada
Hiroşimada
Seçilən
11
3
az.trend.az

4Mənbələr