AZ

Xəstəxanada müalicə alan "Fiorentina"lı futbolçunun SON DURUMU

"Fiorentina"nın futbolçusu Edoardo Bovenin sağlamlığına heç bir təhlükə yoxdur.

İdman.biz xəbər verir ki, bununla bağlı məşhur insayder Fabrizio Romano paylaşım edib.

Xəstəxanada müalicə alan 22 yaşlı yarımmüdafiəçinin komanda yoldaşları ilə görüşdüyü və onlardan "Empoli" ilə növbəti oyuna çıxmalarını istədiyi bildirilir.

Qeyd edək ki, A seriyasının 14-cü turunda “İnter”lə oyunun 16-cı dəqiqəsində hesab 0:0 olarkən Bove huşunu itirib. "Fiorentina"lı təcili tibbi yardım maşını ilə yaxınlıqdakı klinikalardan birinə çatdırılıb və matç yarımçıq dayandırılıb.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr