Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən 2024-cü il ərzində keçirilən dan seminar və imtahanlarında iştirak edərək müvəffəqiyyət qazanmış 25 nəfərə müvafiq sertifikatlar təqdim olunub.
90deqiqe.Az xəbər verir ki, onlar Bakıda, həmçinin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən məşqçi-müəllimlərdir.
Dan seminar və imtahanları ölkə üzrə məşqçi-müəllimlərin peşəkarlığının artırılması, onların qiymətləndirilməsi ilə bağlı aparılır. ACF qarşıda da mütəmadi olaraq müvafiq tədbirlərin keçirilməsini planlaşdırır.