Ukraynanın 2025-ci ildə Rusiya ilə döyüşmək üçün 126 milyard dollara ehtiyacı var.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Ukrayna rəsmisinə istinadən yazır.
Nəşrin həmsöhbəti bildirib ki, Kiyevin hərbi yardım üçün təxminən 120 milyard avroya, yəni 126 milyard dollara ekvivalentinə ehtiyacı var.
Materialda deyilir ki, bu məbləğ Rusiyanın sürətlə artan hərbi xərclərini kompensasiya etməyə kömək edəcək.
Xatırladaq ki, Rusiyanın növbəti il üçün müdafiə xərcləri 126 milyard dollar olacaq.
Məlik,
KONKRET.az