AZ

Nazir müavini: Gənclər öz bilik və bacarıqlarını düzgün qiymətləndirməlidir

Gənclər öz bilik və bacarıqlarını düzgün qiymətləndirməlidir.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, davamlı inkişafın təmin edilməsində rəqabətli insan kapitalının formalaşması önəmlidir: "Dünya Bankının hesablamalarına görə, yaxın 10 il ərzində dünyanın 42%-i baş verən yeniliklər fonunda əmək bazarında yeniliyə cəlb olunacaq. Qlobal çağırışlar, yeni texnologiyaların tətbiqi bunu zəruri edir".

Nazir müavini qeyd edib ki, qlobal çağırışlar təhsil sisteminə təsir edir və yeni qiymətləndirmə alətlərindən istifadə edilməlidir: "Əgər bu baş verməsə, gənclərin təhsildən əmək bazarına keçidi çətin olacaq. Təbii ki, burada işəgötürənlər də diqqətli olmalıdır. Hər bir gəncin özünün karyera planlanması olmalı, məqsədlərini müəyyən etməli, əmək bazarı düzgün təhlil edilməlidir".

İ.İsayev eyni zamanda ali təhsil müəssisələrinin özlərinin fəaliyyət planı olmasına da diqqət çəkib.

Seçilən
6
2
report.az

3Mənbələr