Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sabunçu qəsəbəsinin bir sıra küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə “Azərişıq” ASC-nin yaydığı məlumatda bildirilir.