AZ

Alternativ olimpiada keçiriləcəkmi? Putin qərar verdi

Rusiya prezidenti Vladimir Putin Ümumdünya Dostluq Oyunlarının növbəti qərara qədər təxirə salınması barədə göstəriş verib.

İdman.biz xəbər verir ki, bununla bağlı fərman hüquqi aktların saytında dərc olunub və sənəddə deyilir: “Rusiya prezidentinin xüsusi qərarına qədər “Ümumdünya Dostluq Oyunları” beynəlxalq yarışlarının keçirilməsi təxirə salınsın".

Oktyabrın sonunda xarici ölkələrin idman nazirliklərinin nümayəndələri 2025-ci ildə Ümumdünya Dostluq Oyunlarına ev sahibliyi etməli olan Moskvadakı ixtisaslaşdırılmış obyektlərə baş çəkmişdilər.

Təşkilat komitəsindən bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsinin təzyiqləri Olimpiya oyunlarına alternativ hesab edilən Dostluq Oyunlarının reallaşmasına mane olur.

Qeyd edək ki, əvvəlcə Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-29-da Moskva və Yekaterinburqda keçirilməsi nəzərdə tutulsa da, turnir təxirə salınmışdı.

İdman.biz

Seçilən
1
1
idman.biz

2Mənbələr