Fiziki şəxslərin cəmi əmanətləri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzərə alınmaqla) 9.4% artaraq cari ilin sentyabrın sonuna 14.2 mlrd. manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin böyük seqmenti müddətli əmanətlər olub. Müddətli əmanətlərdə ən böyük payı (49.2%) müddəti 1 ildən 5 ilə qədər olan əmanətlər təşkil edib.
FED.aBu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Azərbaycanda hibrid və elektromobillərə ayrılan kreditlər kəskin artıb.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.
Zakir Nuriyev əlavə edib ki, Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilməsi sözügedən nəqliyyat vasitələri ilə bağlı kreditləşmənin artmasına təsir edib. (Apa)