"Mançester Siti" rəhbərliyi “Liverpul”a məğlubiyyətdən (0:2) sonra böhrandan çıxarmaq üçün radikal tədbirlər görməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Komandanın baş məşqçisi Xosep Qvardiolaya qış pəncərəsində transferlər üçün dərhal təxminən 240 milyon avro ayrılacaq.
İngiltərə klubu hesab edir ki, 2024-cü ilin yayında aktivliyin olmaması "Mançester Siti"də vəziyyəti daha da gərginləşdirib və indi komanda heyətinin geniş olmaması səbəbindən əziyyət çəkir.
Əsas transfer hədəfləri kimi bir neçə oyunçu seçilib. Bunlar Martin Subimendi ("Real"), Viktor Qyökereş ("Sportinq") və Bruno Qimaraeşdir ("Nyukasl").
"Şəhərlilər" hazırda 23 xalla Premyer Liqada 5-ci yerdədirlər. Lider "Liverpul"un isə 34 xalı var.