Bakı. Trend:
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanıyolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Trend xəbər verir ki, bubarədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumatverilib.
Bununla bağlı NİİM-nin əməkdaşları tərəfindən məlumat-sürəttablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkənyol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahişedilir.