AZ

Növbəti tədris ilindən Konqo Demokratik Respublikasından üç tələbə BANM-də təhsil alacaq

Konqo Demokratik Respublikasının Azərbaycandakı səfiri İvan Vanqu Nqimbi SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bu barədə TƏHSİL.BİZ -ə BANM-dən məlumat verilib.

Rektor Elmar Qasımov çıxışında BANM-də yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Ali məktəbin beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Daha sonra 2025/2026-cı tədris ilindən etibarən Konqo Demokratik Respublikasından üç tələbənin BANM-də təhsil almaları ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Onlardan ikisinin təqaüd əsasında qəbul ediləcəyi vurğulanıb.

Qeyd olunub ki, bu addım iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinə və gənc mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.

Seçilən
18
1
tehsil.biz

2Mənbələr