Bütün gözləntilərin növbəti ilin büdcə zərfi ilə reallaşdırılması qeyri-mümkündür.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfində rifaha və iqtisadi artıma yönəlmiş xərclər bir-birini tamamlayır:
“İqtisadiyyatın şaxələndirilməsi üçün böyük layihələr nəzərdə tutulur. Büdcə zərfi Böyük Qayıdışın reallaşdırılmasına, bu sahədə canlanmaya öz töhfəsini verəcək”. (Report)