Suriya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələr İdlib və Həma əyalətlərində bir qrup terrorçunu vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Onlarla yaraqlının öldürüldüyü və yaralandığı qeyd edilib. Həmçinin, terrorçuların texnikası da məhv edilib.