3dekabr- Beynəlxalq Əlillər günü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 100-dən artıq əqli və fiziki cəhətdən qüsurlu uşaqlar və aztəminatlı ailələrin uşaqları iştirak edib.
“Yeni Gundem” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, keçirilən tədbirlərin məqsədi əlilliyi olan şəxslərin hüquqlarını müdafiə etmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təmin etməkdir. Bu günlə bağlı rayonumuzda müxtəlif tədbirlər, sərgilər və ictimai maarifləndirmə kompaniyaları təşkil olunur. Eyni zamanda əlillərin sosial müdafiəsi və reabilitasiya istiqamətində dövlət programları həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə mühüm dəstək göstərir. Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsi üçün Regional İnformasiya Mərkəzləri də açılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkədə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsayli lahiyələr həyata keçirir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev fondu bu sahədə bir çox təşəbbüslər irəli sürüb və sosial lahiyələr həyata keçirib. Belə ki, əlilliyi olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün evlərin tıkılməsi və təmir edilməsi, müasir reabilitasiya mərkəzlərinin yaradılması, maddi rifahların yüksəlməsi, müalicə olunması, maşınla təmin edilməsi, təqaüdlərin artırılması sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə son nəsil müasir protezlə təmin olunub. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də davamlı xarakter alıb. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da genişlənir. Bütün bu tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal dövlət siyasətinin aparıldığını göstərir. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar nəticəsində xüsusilə son illərdə bu sahədə ciddi irəliləyişlər əldə olunub, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfədən çox, müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.
Sonra tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edildi. Eyni zamanda süfrə arxasında bu kateqoriyadan olan uşaqlarla ünsiyyətin qurulması və təcrübə mübadiləsi üçün şərait yaradılmış, uşaqlar musiqi sədaları altında əylənmişlər.