AZ

“PAŞA Bank”dan sahibkarlar üçün xüsusi kampaniya: “Qışın sehri”

(®) Ölkənin aparıcı korporativ maliyyə insitutu “PAŞA Bank” kiçik və orta biznes sahibləri üçün xüsusi kampaniyaya start verib.

Qışın sehri” adlı kampaniya bankın kredit məhsullarından istifadə edən yeni və mövcud və ya “PAŞA Bank”da biznes hesabı açan yeni KOB müştərilərinə unikal hədiyyə və təkliflər təqdim edir. 

Bu kampaniya “PAŞA Bank” müştərilərinin maliyyə ehtiyaclarını daha asan qarşılamalarına kömək edəcək və eyni zamanda onlara bizneslərini genişləndirmək üçün sərfəli şərtlərlə maliyyə resurslarına çıxış imkanı təqdim edəcək. 

Belə ki, “PAŞA Bank”da müştəri olmayan, yeni biznes hesabı açan sahibkarlar 1,000,000 AZN-ə qədər ölkədaxili köçürmələri, 300,000 AZN-ə qədər əməkhaqqı ödənişlərini komissiyasız həyata keçirə biləcəklər. Həmçinin, kampaniyaya qoşulan sahibkarlar 200 ədədədək maaş kartını və bir korporativ biznes kartını pulsuz əldə edəcəklər. 

Komissiyasız ödənişlərdən və pulsuz əməkhaqqı kartlarından 31.03.2025-ci ilədək yararlanmaq mümkündür, biznes kartı isə 30.12.2024-cü il tarixinədək sifariş olunmalıdır. 

Kampaniya çərçivəsində onlayn biznes kreditini əldə edən müştərilər komissiyada 25%, illik faiz dərəcəsində isə 1% endirimdən faydalanacaqlar. Beləliklə, endirimli komissiya 0.75% təşkil edir, illik faiz dərəcəsi isə 11%-dən başlayır. Üstəlik, kreditdən faydalanan müştərilər 100 AZN dəyərində “Azpetrol” hədiyyə kartı da əldə edəcəklər. 

"Qışın sehri" kampaniyasının digər təklifinə görə, müştərilər faktorinq kreditindən 0% komissiya ilə yararlanacaqlar. 

Həmçinin, ticarət kredit xətti üzrə komissiyaya 50% endirim tətbiq edilərək, endirimli komissiya 0.5% təşkil edəcək. Kredit xəttindən istifadə edən müştərilər bir ədəd 100 AZN-lik “Azpetrol” hədiyyə kartı qazanacaqlar. 

Kiçik və orta biznes sahibləri kampaniya.pashabank.az saytına daxil olaraq ətraflı məlumat əldə edə və kampaniyaya müraciət edə bilərlər. Kampaniya 30 dekabr 2024-cü il tarixinədək davam edəcək. 

Xatırladaq ki, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Qışın sehri
Seçilən
2
3
marja.az

4Mənbələr