Son günlər kənd yumurtasının qiymətində artım müşahidə olunur.
"Yumurtanın qiyməti 50-60 qəpik arasında dəyişir. Səbəb də yemin baha olması, tez-tez dərman vermək ehtiyacı ilə əlaqədardır. Son illərdə toyuqlar arasında xəstəlik çox yayılıb", - kənd sakini Yeganə Paşayeva deyib.
"Toyuqların yumurtlaması üçün onlara vitaminli yemlər vermək lazımdır. Mən toyuq saxlamaqdan imtina etmişəm. Alıcılar da imtina edirlər ki, bu qiymətə yumurta olar?!", - başqa bir sakin deyib.
Daha ətraflı Baku TV-nin süjetində: