AZ

450 manat maaş alır, mənə yaxınlaşıb deyir ki… - Deputat

Hər il büdcənin gəlir və xərcləri artır. İqtisadiyyatın həcmi böyüyür. Bu, müsbət tendensiyadır. Ümumi daxili məhsulun həcmində 3,5 artım qane etməməlidir. Qarşıda həllini gözləyən iri maliyyə tutumlu işlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var.

Hurriyyet.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik, hüquq mühafizə orqanlarının əməkdaşlarına, dövlət qulluqçularına layiqli qədər əmək haqqı verilmir:

“Korrupsiyaya qarşı effektiv mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etməklə əlverişli biznes mühiti yaratmaq lazımdır. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli bunun hesabına əmək haqqı artırılmalıdır.

Digər narahat edən məsələlər maaşın azlığı ilə bağlıdır. Belə ki, küçədə işləyən şəxslərə 450 manat maaş verilir. Onlar dəfələrlə mənə yaxınlaşıb, bu məsələni Milli Məclisdə qaldırmağımı təklif edirlər”.

Seçilən
1
9
hurriyyet.az

10Mənbələr