AZ

Vüsal Xəlilov: Ödəniş təşkilatlarının lisenziyalaşdırılması sektorda dayanıqlığı artıracaq

Azərbaycan Mərkəzi Bankı 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş operatoruna lisenziya verib.

Fins.az xəbər verir ki, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

O bildirib ki, bu nəzarət subyekti olaraq, bu təşkilatların daha dayanıqlı olmasına və vətəndaşların maliyyə sektorunda maraqlarının təmin edilməsinə xidmət edir.

Vüsal Xəlilov həmçinin əlavə edib ki, Azərbaycanda bir neçə bank "Açıq bankçılığa" çıxmağa hazırdır: “Artıq bir neçə bank tam şəkildə prodakşn mühitinə çıxmağa hazırdır. Digər banklar isə yaxın zamanda buna nail olacaqlar.”

 

Fuad Mədətov
Fins.az

Seçilən
5
2
fins.az

3Mənbələr