“Rusiya NATO ölkələrinin Ukraynadakı münaqişənin dayandırılması şərtləri ilə bağlı razılığını qəbul etməyəcək”.
Busaat.az xarici mediaya istinadla xəbər verir ki, bunu Dövlət Dumasının Krımdan olan deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev deyib.
Onun sözlərinə görə, Rusiyaya ikili və üçlü standartlara malik NATO sazişi yox, öz təhlükəsizliyi, prezident Vladimir Putinin qeyd etdiyi xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaq lazımdır:
“Rusiyaya müvəqqəti deyil, həmişəlik ən kiçik təhlükə və riskləri istisna edən təhlükəsizlik lazımdır. Stoltenberq Ukraynanın ərazilərin müvəqqəti olaraq verilməsi ilə bağlı sözləri ilə NATO-nun Rusiya ilə müharibəsini bir daha təsdiqləyib”.
Zeyd Bağırzadə