AZ

Türkiyənin tənzimləyici təcrübələri Azərbaycana investor etimadını artıracaq

Azərbaycan və Türkiyə arasında rəqəmsal bankçılıq sahəsində həyata keçiriləcək ortaq layihələr və məlumat mübadiləsi, iki ölkənin bankçılıq və fintex sahəsində regional və qlobal gücünü artıracaq.

Fins.az xəbər verir ki, bunu Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin (Bankacılık Düzenleme ve Denetleme Kurumu - BDDK) sədr müavini Mustafa Aydın Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

O qeyd edib ki, Azərbaycanın rəqəmsal bankçılıq sahəsində atdığı addımlar yalnız daxili bazarda deyil, həm də beynəlxalq arenada diqqət çəkir. Bu böyümə prosesində rəqəmsal ödəniş sistemləri və təhlükəsiz maliyyə xidmətləri, iqtisadi inkişaf və maliyyə azadlığı baxımından mühüm rol oynayır.

Mustafa Aydın əlavə edib ki, Türkiyə ödəniş sistemləri və rəqəmsal bankçılıq sahəsində mühüm uğurlar əldə edib, güclü tənzimləyici çərçivə yaradıb və innovativ həlləri inkişaf etdirib: "Müəyyən etdiyimiz standartların ödəniş sistemlərinin təhlükəsiz, uyğun şəkildə işləməsini təmin etmək üçün kritik əhəmiyyət daşıyır. Bu tənzimləmələr, maliyyə qurumlarının və ödəniş xidməti təminatçılarının əməliyyat təhlükəsizliyini artırmağa və uyğunluq proseslərini təmin etməyə kömək edir."

O, əlavə edib ki, bu təcrübələrin Azərbaycanla paylaşılması və iki ölkənin birgə işləri, regional maliyyə ekosisteminin güclənməsinə və investor etimadının artmasına töhfə verəcək: "Xüsusilə ekosistemin şəffaflığını və təhlükəsizliyini təmin etmək böyük əhəmiyyət kəsb edir. Türkiyədəki nəzarət prosesləri yalnız maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin etmir, həm də sektorda şəffaflıq və təhlükəsizliyi artırır. Azərbaycanda oxşar yanaşmanın qəbul edilməsi, yerli və xarici investorların təhlükəsizliyini gücləndirəcək və ölkəyə marağı artıracaq.


Fuad Mədətov
Fins.az

Seçilən
13
fins.az

1Mənbələr