AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib. 1news.az-ın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Buna Tovuz klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda baş tutan “Araz-Naxçıvan”la matçın 83-cü dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA “Turan Tovuz” klubuna xəbərdarlıqla kifayətlənib. XV turun “Şamaxı” - “Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib. “Zirə” – “Sumqayıt” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.