AZ

"Bəşər Əsəd Ankaranın dialoq təklifini geri çevirməsəydi..." - Politoloq Suriyada baş verənlər haqda...

"Əsəd rejiminin nəzarət etdiyi ərazi üçün “butik dövlət” ifadəsi işlənir. Suriya illərdir parçalanmış haldadır və Əsəd rejiminin ölkəsinin yaxın keçmişdəki ərazi bütövlüyünü təmin edəcəyi sual altındadır. Rejim milyonlarla suriyalının geri qayıtmasını da istəmir, çünki ölkəni tərk edənlər müxalif düşüncəlilər idi. Onlar isə rejimə lazım deyil".

Bu sözləri Sitat.info-ya politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Suriyadakı proseslərdə maraqları toqquşan dövlətlərin bir araya gəlməsi vacibdir: "Bu arada, Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı formalaşdırdıqları “Astana prosesi”nə yenidən ehtiyac yaranıb. Təsadüfi deyil ki, son olaylarla bağlı 3 ölkənin xarici işlər nazirləri arasında dialoq intensivləşib. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanısa da, bu ölkədən ərazisinə terror təhlükəsindən qorunmaq istəyir. Əsəd Ankaranın dialoq təklifini geri çevirməsəydi, bəlkə də silahlı müxalifətin hücumu baş verməz, rejim böyük ərazilər itirməzdi. Yenə də Ankara ilə dialoqu bərpa etmək üçün gec deyil".

Aytac,

Sitat.info

Seçilən
2
2
sitat.info

10Mənbələr