AFFA İntizam Komitəsi "Neftçi" klubunu 2800 manat cərimələyib.
Hafta.az xəbər verir ki, buna Misli Premyer Liqasının XV turunda "Qarabağ"la keçirilmiş Azərbaycan derbisində yaşananlar səbəb olub.
"Ağ-qaralar" sözügedən matçda azarkeşlərin meydana kənar əşya atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ikinci dəfə yaşanıb) ucbatından 500 manat ödəyəcək. Bakı klubu meydana vaxtında çıxmadığı üçün görüş gec başlayıb və meydan sahibləri 1500 manat cərimə olunub.
AFFA İntizam Komitəsi "Qarabağ"ı da cərimələyib.
Ağdam klubu azarkeşlərinə görə 1500 manat ziyana düşüb.
Buna səbəb "köhlən atlar"ın tərəfdarlarının pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. Hazırkı ölkə çempionuna azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ilk dəfə yaşanıb) üzündən xəbərdarlıq edilib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:0.