Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Bakıda keçirilən, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biri olan VIII Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşıdır.
Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbir maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının, fintech şirkətlərinin nümayəndələrini, dövlət və özəl sektordan olan rəhbər şəxsləri bir araya gətirir.
“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” adı altında keçirilən forumda nağdsız iqtisadiyyata keçid, rəqəmsallaşma və maliyyə texnologiyalarının bankçılıq sahəsinə təsiri kimi mövzular ətraflı müzakirə olunacaq. Tədbirə dəvət edilmiş ekspertlər, maliyyə dayanıqlılığını artıran innovativ strategiyalar və rəqəmsal imkanlardan faydalanmağı təşviq edən ideyalar üzərində fikir mübadiləsi aparacaqlar.