Cənubi Koreyalı aktyor Park Min-jae 32 yaşında ürək tutmasından vəfat edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə meneceri məlumat yayıb.
Uğurlu aktyorun ürək tutmasından dünyasını dəyişdiyi açıqlanıb.
Əldə edilən məlumata görə, Min-jae noyabrın 29-da qastrol səfərinə getdiyi Çində son nəfəsini verib.
Min-jae-nin qardaşı sosial şəbəkədə paylaşım edərək pərəstişkarlarından sevimli qardaşını unutmamağı xahiş edib.
Oksana