Sumqayıtda hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb. 1933-cü il təvəllüdlü Tamella Hüseyn qızı Mehdizadə yaşadığı binanın 9-cu mərtəbəsindən yerə yıxılıb. O, hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.