AZ

Zelenski “normal” sülh müqaviləsi bağlamaq şansını əldən verdi - Ali Radanın deputatı

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib ki, Vladimir Zelenski hələ 2023-cü ildə Ukraynadakı münaqişəni həll etmək imkanını itirib.

“İki sahil” xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

"Niyə biz həmişə səhv zamanda və yanlış zamanda oluruq?" – deyə, deputat yazıb.

Onun sözlərinə görə, 2023-cü ildə Ukrayna NATO-ya üzvlük və “normal” sülh müqaviləsi əldə edə bilərdi.

Qonçarenko hesab edir ki, 2024-cü ildə ölkənin artıq belə bir şansı yoxdur.

Seçilən
11
ikisahil.az

1Mənbələr