Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq, kitabxana müdiri, kitabxanaçı və katib-makinaçı vəzifələri üzrə sənəd qəbuluna başlanılıb.
“İki sahil” xəbər verir ki, müsabiqəyə psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə 25, katib-makinaçı vəzifələri üzrə isə 9 olmaqla ümumilikdə 84 vəzifə çıxarılıb.
Namizədlər vakant vəzifələrlə bağlı məlumatla aşağıdakı linklərdən tanış ola bilərlər.
1. Psixoloq - https://shorturl.at/aQ3Ql
2. Kitabxana müdiri, kitabxanaçı - https://shorturl.at/5zbPa
3. Katib-makinaçı -
https://shorturl.at/Xf9QY