AZ

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Bu gün Göyçay rayonunda “KOB FEST” sərgi-satış yarmarkası işə başlayıb.

FED.az xəbər verir ki, dekabrın 5-nə qədər davam edəcək yarmarkanı İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təşkil edib.

Yarmarkada Göyçay, eləcə də ətraf şəhər və rayonlardan 70-ə yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim olunur. Yarmarkaya çıxarılan məhsullar arasında un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, meyvələr, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.

Yarmarkalar sahibkarlara müştərilərlə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq imkanı verilib və onlar satış imkanlarını və biznes əlaqələrini genişləndirir. Belə yarmarkalar zamanı sahibkarların qazandığı təcrübə isə biznes fəaliyyətinin təkmilləşməsinə xidmət edir.

“KOB Fest” sərgi-satış yarmarkası çərçivəsində həmçinin, mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar da təşkil olunub.

Bu, sayca 9-cu eyni tipli tədbirdir. Bundan əvvəl “KOB-Fest” sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada və Xaçmazda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 380-dən çox KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub və satılıb. (Report)

Seçilən
19
7
fed.az

8Mənbələr