AZ

İtaliya Ukrayna üçün 10-cu hərbi yardım paketini hazırlayıb

İtaliya hökuməti 10-cu hərbi yardım paketi çərçivəsində Ukraynaya yeni silahlar tədarük edəcək.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, tədarük olunan silah və hərbi texnikanın siyahısı məxfi saxlanılsa da, İtaliyanın artıq Ukraynaya iki ədəd “Samp-T” hava hücumundan müdafiə sistemi verdiyi məlumdur. Roma, həmçinin yardım paketinin dəqiq məbləğini açıqlamayıb.

İtaliya hökuməti Ukraynaya yalnız müdafiə vasitələrinin verildiyinə diqqət çəkərək, Qərb silahlarının Rusiyanın dərinliklərinə hücumlarda istifadə edilməsinə qarşı olduğunu bildirib.

Roma, eyni zamanda, Ukraynaya hərbi yardımın 2025-ci ilədək davam etdirilməsi barədə də fərman layihəsini hazırlayıb.

Qeyd edək ki, bir müddət öncə İtaliyanın müdafiə naziri Quido Krozetto ölkənin resurslarının tükənmək üzrə olduğunu bildirmişdi.

Seçilən
14
3
xalqqazeti.az

4Mənbələr