AZ

Dövlət Simfonik Orkestrinin “Müqəddəs musiqi axşamı” adlı konserti keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin "Müqəddəs musiqi axşamı" adlı konserti keçirilib.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solist - Cəmilə Cavadova-Spitzberq (orqan), İlham Nəzərov (kontratenor) və Fatimə Cəfərzadə (soprano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda G.F.Handel "Kraliça Şebanın gəlişi", G.B.Pergolesi - "Stabat Mater" ("Qəmli ananın ağısı"),  J.S.Bach 3 saylı orkestr süitasından "Air", F.Poulenc orqan, timpani və simli orkestr üçün konsert g-moll (op.36), R.Giazotto "Adagio Albinoni" (g-moll) əsəri səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
8
milli.az

1Mənbələr