AZ

Famil Xəlilov ev dustaqlığına buraxılıb

1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilov ev dustaqlığına buraxılıb.. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.  
 
Mayın 2-də saxlanılaraq  Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham olunan Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaxınları onun təqsirsiz olduğunu və sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını bildirilər.
 
Aytac 
 
www.anews.az
Seçilən
12
anews.az

1Mənbələr