AZ

Türkiyə elektrik avadanlıqları ixracında 16,6 milyard dollar səviyyəsinə çatıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 15 milyard 205 milyon 762 min dollara çatıb.

Fins.az,Türkiyə Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, yalnız noyabr ayında elektrik avadanlıqları ixracı 1 milyard 455 milyon 476 min dollar təşkil edib, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 5,2% artım deməkdir.

Son 12 ay ərzində isə (noyabr 2023 – noyabr 2024) Türkiyə ümumilikdə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
 

Zemfira Ms
Fins.az

 

Seçilən
1
3
fins.az

10Mənbələr