AZ

Türkiyənin avtomobil ixracı artıb - 34 milyard

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 33 milyard 731 milyon 566 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə 3 milyard 241 milyon 318 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 36 milyard 902 milyon 494 min dollar məbləğində avtomobil ixrac edib.

Seçilən
0
18
avtosfer.az

10Mənbələr