AZ

ABŞ demokratiyasında böhran: Bayden vədinə sadiq qalmadı

ABŞ Prezidenti Co Bayden oğlu Hanteri əfv edib. Bununla bağlı xarici KİV məlumat yayıb.
 Baydenin bəyanatında deyilir: “Bu gün oğlum Hanter üçün əfv imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Departamentinin qərar qəbul etməsinə mane olmayacağımı dedim, oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını müşahidə etdiyim halda belə sözümü tutdum. Hanterə fərqli münasibət göstərildiyi aydındır. Onunla bağlı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa başladıqlarından sonra səsləndirildi”. 
Qeyd edək ki, Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib. 
 Bayden səlahiyyətlərindən sui-istifadə edərək öz oğlunu azadlığa buraxdı. Vaxtında tüfeyli həyat tərzinə görə qınaq hədəfində olan Baydenin narkoman, cinayətkar, əxlaqsız oğlunu əfv etməsi başa Amerikada demokratiyanın zəiflədiyini göstərir. Donald Tramp bunu sui-istifadə və hüququn aliliyinin pozulması kimi səciyyələndirib. Həqiqətən də digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden adminiatrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir. 

Politoloq Zahid Sultanov “Sherg.az”a bildirib ki, Co Baydenin oğlu Hanter Baydeni əfv etməsi Amerika Birləşmiş Ştatlarında böyük rezonansa səbəb oldu:

“Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və bəzilərinə görə ABŞ-də bu hadisə demokratiyaya böyük zərbə vurdu. Hanter Baydenə müxtəlif ittihamlar irəli sürülmüşdü. Bu ittihamlar əsasında Hanter Baydenin məhkəmə prosesi davam edirdi. Co Bayden prezidentliyi müddətində bəyan etmişdi ki, məhkəmə prosesinə müdaxilə etməyəcək və oğlunun əfv olunması ilə bağlı heç bir addım atmayacaq. Bununla belə Co Bayden vədinə sadiq qalmadı. Onun prezidentliyin son dövründə oğlunu əfv etməsi isə Bayden administrasiyasında qanunun aliliyi prosesini sual altına alır. Qeyd edək ki, Co Bayden çıxışlarının birində söylədi ki, ümid edirəm Amerika əhalisi bir ata kimi məni başa düşər. Halbuki əvvəllər söyləmişdi ki, ata olsam ədliyyə mexanizmlərinə müdaxilə etmək doğru addım deyil. Bu dünyaya demokratiyadan prinsiplərindən danışan və təbliğ edən ABŞ Administrasiyası üçün böhran xarakterli bir hadisədir"/

Analitik qeyd edib ki, son illər Amerikada baş verən hadisələr, irqi-ayrı seçkilik fonunda ABŞ demokratiyasının böhranla üz-üzə olduğunu görürük:
"Amerika digər ölkələrə demokratiya dərsi vermək əvəzinə daxilindəki demokratik problemlərə diqqət yetirsə, daha düzgün olar. Amerikanın yumşaq güc mexanizmlərinin zəiflədiyinin şahidi oluruq. ABŞ demokratiyasında böyük boşluqlar mövcuddur və həmin boşluqlar prezident tərəfindən daha da dərinləşərsə, sözsüz ki, Amerika cəmiyyətinin parçalanmasına səbəb ola bilər. Hətta Amerikada yeni prezident seçilən Donald Trump Baydenin addımını ilk tənqid edən şəxslərdən biridir. ABŞ konqresmenləri də hadisə ilə bağlı kəskin fikirlərini səsləndirdilər. Gələcək dönəmlərdə Bayden administrasiyası daxilindəki ziddiyyətlər davam edəcək”.
Seçilən
12
sherg.az

1Mənbələr