Keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus Mahaçqalada məşqçi Abdulmanap Nurməhəmmədovun adını daşıyan döyüş məktəbi bağlana bilər.
“Mash” teleqram nəşrinin məlumatına görə, klubun yerində yaşayış kompleksi tikiləcək. Yeni zalın 2026-cı ildə Həbibin doğma kəndi Novı Xuşetdə istifadəyə veriləcəyi gözlənilir. Nəzərə alaq ki, məlumat hələlik heç bir rəsmi şəxs tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, 2024-cü il iyunun 27 və 28-də döyüş klubunda axtarışlar aparılıb. Təhlükəsizlik qüvvələri zala daxil olaraq idmançıları sorğu-sual edib, həmçinin sənədlərlə tanış olublar.
Axtarışlar iyunun 23-də Mahaçqala və Dərbənddə baş verən terror aktlarından sonra aparılıb. Daha sonra öldürülən yaraqlılardan biri Hacımurad Kagirovun (terrorçular və ekstremistlər siyahısındadır) Nurməhəmmədov məktəbində təlim keçdiyi bildirilib.
Almaz Həsənli