Olaylar.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici işlər naziri Baiba Braje 13 Gürcüstan vətəndaşının Latviya Respublikasında persona-non-qrata siyahısına daxil edilməsi barədə qərar qəbul edib", - departamentin saytında bildirilib.
Bu şəxslərin Latviyaya girişi qeyri-müəyyən müddətə qadağandır, adları açıqlanmır.
Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, qərar digər Baltikyanı respublikalarla razılaşdırılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31