AZ

Famil Xəlilov ev dustaqlığına buraxıldı

Həbsdə olan ictimai fəal Famil Xəlilov ev dustaqlığına buraxılıb.

Heftelik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.

Famil Xəlilovun istintaq müddətində ev dustaqlığında qalmasına qərar verilib.

Qeyd edək ki, Famil Xəlilov bu il mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Famil Xəlilov 3 aya yaxın aclıq aksiyası keçirmiş və noyabrın əvvəlində aksiyanı dayandırmışdı.

 

Seçilən
36
heftelik.az

1Mənbələr