AZ

ABŞ məhkəmələrində sifarişli qərarların qəbulu...- ÖZƏL

"Baydenin vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmə tərəfindən təqsirli bilinən oğlu Hanteri əfv etməsi təbii ki, birmənalı qarşılana bilməz. Vergidən yaınma dünyanın harısanda olursa olsun cinayətdir və ABŞ kimi ölkələrdə bu olduqca ağır cinayət hesab olunur. Bayden əfvlə bağlı qərarını əsaslandırarkən oğlunun ədalətsiz şəkildə mühakimə olduğunu bəyan edib ki, bu, həm də ABŞ Məhkəməsinin nüfuzuna zərbə kimi qəbul olunmalıdır. Bayden deyir ki, oğluma qarşı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməsinin nəticəsidir və bununla dolayısı ilə ABŞ məhkəmələrində sifarişli qərarların qəbulunu etiraf etmiş olmur". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Maraqlıdır, görəsən vergidən yayınmaya görə oğlunun əfvi ilə bağlı qərar verən Bayden indiyə qədər niyə bu maddə ilə təqsirli bilinən heç kimlə bağlı oxşaq əfv sərəncamı imzalamayıb. Və ya zamanında Trampa qarşı da vergidən yayınma ilə bağlı ittiham irəli sürüləndə niyə buna səsszi qalırdı?
Demək ki, söhbət Baydenin dediyi kimi ədalətsizlikdən getmir. Bu, birbaşa öz vəzifə səlahiyyətlərindən istifadədir və düşünürəm ki, onun bu qərarı Demokratların nüfuzuna da zərbə vuracaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr