AZ

Türkiyədə inflyasiya 18 ayın minimumuna düşdü

Noyabr ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 47,09 faiz artıb.

Musavat.com ölkənin Statistika Təşkilatının (TÜİK) hesabatına istinadən xəbər verir ki, beləliklə, inflyasiyanın artım sürəti oktyabrdakı 48,58 faizdən bir qədər də aşağı düşüb.

Göstərici 2023-cü ilin iyun ayından bəri ən aşağı səviyyədir.

"Trading Economics" ekspertlərinin konsensus proqnozu istehlak qiymətlərinin artımının daha əhəmiyyətli dərəcədə yavaşlamasını nəzərdə tuturdu - 46,6 faizə qədər.

Noyabrda Türkiyədə alkoqol və tütün məmulatlarının qiymətində artım oktyabrdakı 52,15 faizdən 39,32 faizə, rabitə xidmətlərində 37,77 faizdən 35,71 faizə, kommunal xidmətlərdə 89,39 faizdən 74,45 faizə enib. Hotel, kafe və restoranlarda qiymətlər 59,39 faiz (bir ay əvvəl +62,09 faiz) artıb. Bu arada qida və alkoqolsuz içkilər 4 ayda maksimum - 48,57 faiz (oktyabrda +45,28 faiz) bahalaşıb.

Türkiyədə istehlak qiymətləri oktyabrda yalıq ifadədə 2,88 faiz artdıqdan sonra noyabr ayında 2,24 faiz artaraq 5 ayın ən aşağı səviyyəsinə düşüb.

Ötən ay ölkədə istehsalçı qiymətləri (ÜFE) 2021-ci ilin fevralından bu yana ən aşağı artımla illik ifadədə 29,47 faiz, 2023-cü ilin may ayından bu yana isə ən aşağı göstərici ilə aylıq ifadədə 0,66 faoz artıb.

Oktyabrda onlar müvafiq olaraq 32,24 faiz və 1,29 faiz artıb. Türkiyə Mərkəzi Bankı bu ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50 faiz səviyyəsində saxlayıb və sərt pul siyasəti inflyasiyanın azalmasına kömək edir.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr