AZ

Azərbaycanın mənzil bazarında qiymətlər artıb

Bu ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3.8% artıb.

Bu barədə Trend Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən xəbər yayıb.

Bildirilib ki, mənzil bazarında qiymət indeksi II rübə nəzərən ilkin mənzil bazarında 4.3%, təkrar mənzil bazarında isə 3.7% artıb.

“Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2%, o cümlədən ilkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artıb”, - deyə məlumatda qeyd olunub.

Seçilən
5
15
korrespondent.az

10Mənbələr