AZ

Ceyhun Bayramov iranlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərindəkeçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlərNazirləri Şurasının 28-ci iclası çərçivəsində iranlı həmkarı AbbasƏraqçi ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə XİN-in "X"dəki hesabındakı paylaşımdadeyilir.

Xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiya,nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrindəAzərbaycan-İran əməkdaşlığından irəli gələn geniş spektrliməsələləri, habelə birgə təşəbbüs və layihələri müzakirəediblər.

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzuriqtisadi rayonu arasında kommunikasiyanın qurulmasının tezlikləbaşa çatdırılmasının, əldə olunmuş razılaşmaların həyatakeçirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Seçilən
4
4
az.trend.az

3Mənbələr