Bakının mərkəzindəki “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıbMetbuat.az xəbər verir ki, bu barədə məlumat herrac.gov.az saytında yerləşdirilib.Satış dekabrın 22-də, saat 18:41-də açıq auksion formatında, elektron şəkildə həyata keçiriləcək. Ümumi sahəsi 32 654 kvadratmetr olan qeyri-yaşayış binasının ilkin qiyməti 120 milyon manat müəyyən edilib.Hərracda iştirak üçün tələb olunan beh məbləği isə 6 milyon manatdır.