Azərbaycanda manatla yeni verilən kreditlərdə orta faiz dərəcəsi 16 faizə, xarici valyutada 6 faizə yüksəlib.
NOCOMMENT.az xəbər verir ki, son aylarda həm manat, həm də xarici valyutada yeni verilən kreditlərdə bahalaşma müşahidə edilir.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində manatla kreditlərin həcmi 21,2%, xarici valyutada olan kreditlər isə 6,3% artıb. Kreditlərdə dollarlaşma səviyyəsində azalma meyli da var.
Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 2 faiz bəndi azalaraq sentyabrın sonuna 16,6% təşkil edib.\\Valyuta.az