Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Araqçı ilə görüşüb.Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.Görüş Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində baş tutub. Məlumata görə, nazirlər bir sıra sahələrdə Azərbaycanla İran arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta