"Xəyyam Əhmədlinin müalicəsi üçün 70 min manatdan çox pul yığılmışdı. Xeyriyyəçi bir dostumuz dünən zəng edib dedi ki, toplanan məbləğə ehtiyac yoxdur, bütün xərci qarşılamağa hazıram".
Bunu Baku TV-yə açıqlamasında tanınmış meyxanaçı Xəyyam Əhmədli ilə vida mərasimində onun həmkarı Namiq Qaraçuxurlu deyib.
Meyxanaçının sözlərinə görə, X.Əhmədlinin əməliyyatı ailəsinin istəyi ilə Belarusda həyata keçirilməli idi:
"Ürək köçürülməsi üçün maddi tərəfdən bütün xərcləri hazır idi. Sadəcə, əcəl əməliyyat olunmasına imkan vermədi".
Daha ətraflı videomaterialda: