Bakı. Trend:
Dövlət bankı Azər Türk Bankın atb360 mobil tətbiqində yeni istifadəyəverilmiş xidmət sayəsində hər bir şəxs rəqəmsal atb card debit kartına tamamiləödənişsiz və saniyələr ərzində rahatlıqla sahib ola biləcəkdir.
Belə ki, öncə tətbiqdə qeydiyyatdan keçilir, daha sonra SİMAidentifikasiyanı keçməklə kart sifariş edilir. Saniyələr ərzindərəqəmsal kart atb360 cüzdanında aktiv olur
Əgər müştəri kartın çap versiyasını almaq istəyərsə, o zamantətbiqdə sifariş edib, təhvil almaq üçün Bankın filialını qeydedir. Kartın çap versiyası 15 AZN təşkil edir.
Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.
Xatırladırıq ki, rəqəmsal kart vasitəsilə rahatlıqla onlaynödənişlər həyata keçirə və kartı Google Pay və Apple Paycüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar.
Eyni zamanda card-to-card və müştəriyə məxsus digər hesab vəkartlardan köçürmə vasitəsilə balansın artırılması mümkündür.
Həmçinin card-to-card və NFC texnologiyasını dəstəkləyənbankomat vasitəsilə kart hesabından məxaric əməliyyatlarını yerinəyetirmək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosialşəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770945, yaxud 945 nömrəli ÇağrıMərkəzindən əldə edə bilərsiniz.