AZ

Yanvardan “BakıKart”yeni kartla ƏVƏZLƏNİR?– Rəsmi

Yanvar ayının 1-dən “BakıKart” -ın yeni kartla əvəzlənəcəyi haqda xəbərlər yayılıb.  Bildirilir ki, paytaxtın bütün ictimai nəqliyyatında istifadə üçün 2025-ci ildən yeni kartlar tətbiq olunacaq.

İddialara görə yeni karta “BakıKart”ın balansındakı vəsait köçürüləcək, amma istənilən halda hər kəs yeni kart almalı olacaq.

Bəs bu, iddialar nə qədər doğrudur?

Avtosfer.az xəbər verir ki, bizim.media məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, kartların dəyişdiriləcəyi haqda onlarda məlumat yoxdur:

“Hazırda yalnız “BakıKart”ın mobil tətbiqində təkmilləşdirmə işləri aparılır və o, yaxın günlərdə istifadəyə veriləcək”.


Qeyd edək ki, Bakıkartın tətbiqinə 2017-ci ilin aprel ayında başlanılıb. Bu plastik kartdan yalnız paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və “Bakı Metropoliteni”ndə istifadə olunur. Bölgələrdə fəaliyyət göstərən sərnişin avtobusları BakıKart-a keçməyib və nağd ödənişdən istifadə olunur.

Seçilən
6
3
avtosfer.az

4Mənbələr