AZ

Kobaxidze: "Müxalifətin 4-cü inqilab cəhdi uğursuz oldu"

Gürcüstan müxalifətinin ölkədə inqilab təşkil etmək üçün dördüncü cəhdi baş tutmadı.

Bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib. Onun sözlərini TASS sitat gətirb:

“Bu dörd il ərzində biz dörd inqilab cəhdindən keçdik – milli maydanlar (“Vahid Milli Hərəkat” müxalifət partiyasının adından), bu faktdır. 2022-ci ilin iyununda ilk milli maydan təşkil etmək cəhdi oldu, o zaman bizə Aİ-yə üzvlük üçün namizəd statusu verilmədi və xaricdən maliyyələşən QHT-lər siyasi səhnəyə çıxıb hökumətin istefasını və özlərinin hakimiyyətə gəlməsini tələb etdilər.

2023-cü ilin yazında milli maydana ikinci cəhd oldu, 2024-cü ilin yazında üçüncü cəhd oldu və indi biz milli maydan təşkil etmək üçün dördüncü uğursuz cəhdin şahidi olduq”

Xatırladaq ki, Gürcüstanda etiraz aksiyaları beşinci gündür ki, davam edir. Nümayişçilər hakimiyyətin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə salmaq qərarına etiraz edirlər.

Son məlumatlara görə, saxlanılan etirazçıların sayı 200 nəfəri ötür.

"Cebheinfo.az"

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr