AZ

"Kiçik və orta biznesin vergi yükü azaldılmalıdır" - Ekspert


“Ölkədə sahibkarlıqla məşğul olan və buna cəhd göstərən insanların maliyyə resurslarına çıxışı məhduddur. Bu, çox böyük maneədir. Çünki biznes investisiyalarsız mümkün deyil. İnvestisiyaların əsas mənbəyi kimi kredit resursları çıxış edir. Kreditlərə çıxış imkanları da lazımi səviyyədə təmin olunmayıb. Bu bank sektorunun, pul-kredit siyasətinin problemlərindəndir. Bu gün təklif olunan kredit faizi yüksəkdir”.

Bunu Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.


O qeyd edib ki, kreditin əldə olunması üçün sahibkarlıqla məşğul olmaq istəyən insanlara girov bazası ilə bağlı çox ağır, çətin tələblər qoyulur:
Onların çoxu isə bu tələblərə uyğun girov bazası təqdim edə bilmirlər. Eyni zamanda bazarın məhdudluğu, idxalın payının çox olması da problemlər sırasındadır və sözsüz ki, vergi yükünün bir qədər azaldılmasına ehtiyac var:
“Real istehsal ilə məşğul olmağa cəhd göstərən kiçik və orta sahibkarların vergi yükü azaldılmalıdır. Bununla yanaşı sahibkarlığın maliyyələşməsi üçün investisiyaların artımı baxımından xüsusi kredit şərtlərinin tətbiq edilməsinə ehtiyac var. Bu da ölkədə sahibkarlıq mühitinin xeyli dərəcədə fəallaşmasına şərait yarada bilər”.

Sevinc,
BakuPost
Seçilən
20
bakupost.az

1Mənbələr